son dəqiqə SON DƏQİQƏ

Əliyar Ağayev "Arsenal"ın oyununa təyinat alıb

Bölmə adı Azərbaycan / Çempionlar Liqası
Yayımlandı 2-11-2025, 15:49

FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Sport1.az xəbər verir ki, o, Çexiyada yerli “Slaviya” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Slaviya” – “Arsenal” matçı noyabrın 4-də baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR