İtaliyalı futbolçu Mario Balotelli “Cenoa” klubunun baş məşqçisi Patrik Vieyranın istefasına sosial şəbəkə üzərindən reaksiya verib.Sport1.az xəbər verir ki, 34 yaşlı hücumçu paylaşımında keçmiş çalışdırıcısına qarşı kəskin ifadələr işlədib: “Taleyin ədaləti amansızdır. Allah hər şeyi görür və hər kəsə layiq olduğunu verir.”
Balotelli həmçinin bildirib ki, klubun əvvəlki rəhbərliyi və məşqçiləri – Alberto Cilardino və prezident Zangrillonun əməyindən sonrakılar ədalətsiz şəkildə faydalanıblar:
“Cilardino və Zangrillonun çəkdiyi zəhmət, klub sevgisi və ehtiras hədər getmədi. Sadəcə, sonradan gələnlər bu əməyin bəhrəsini eqoistcəsinə mənimsədilər. İndi isə “Cenoa” yenidən doğru insanlara qayıtmalıdır.”
Qeyd edək ki, Patrik Viyera 2024-cü ilin noyabrında “Cenoa”nın baş məşqçisi təyin olunmuşdu. Komanda bu mövsüm A Seriyasında 9 turdan sonra cəmi 3 xal toplayaraq sonuncu – 20-ci pillədə qərarlaşıb.