Xabi Alonso Vinisiusla "barışdı"

Bölmə adı İspaniya
Yayımlandı 1-11-2025, 14:14

“Real Madrid”in futbolçusu Vinisius Junior və baş məşqçi Xabi Alonso arasında yaranmış gərginlik aradan qaldırılıb.

Sport1.az xəbər verir ki, tərəflər oktyabrın 29-da görüşərək səmimi söhbət aparıblar. Bu dialoq vasitəsilə anlaşılmazlıqları aradan qaldıraraq münasibətləri normallaşdırıb.

Qeyd edək ki, oktyabrın 26-da “Barselona” ilə oyunda (2:1) Alonso Vinisiusu 72-ci dəqiqədə əvəzləmişdi. Braziliyalı futbolçu bu qərardan narazı qalmış və meydanı tərk edərkən emosional şəkildə etiraz etmişdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR