"Barselona" "Strasburq"un hücumçusu ilə maraqlanır

Bölmə adı İspaniya
Yayımlandı 1-11-2025, 13:49

“Barselona” “Strasburq”un hücumçusu Xoakim Paniçelli ilə maraqlanır.

Sport1.az xəbər verir ki, Kataloniya klubu mövsüm sonu müqaviləsi başa çatan Robert Levandovski üçün əvəzləyici axtarır.

Paniçelli hazırda Fransa Liqa 1-də bombardirlər siyahısının lideridir.

23 yaşlı forvard bu mövsüm Fransa çempionatında 10 oyunda iştirak edib, 9 qol vurub.

Müəllif: Sport1.az