"Fiorentina" posta Mottanı gətirmək istəyir

Bölmə adı İtaliya
Yayımlandı 31-10-2025, 12:34

"Yuventus"un sabiq baş məşqçisi Tiaqo Motta "Fiorentina"nın postuna namizəddir.

Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəhbərliyi artıq hazırkı baş məşqçi Stefano Pioli ilə yolları ayırmaq niyyətindədir.

Uğursuz nəticələr davam etsə, İtaliya klubu mütəxəssislə yolları ayıracaq.

Qeyd edək ki, “Fiorentina” 9 oyundan sonra 4 xalla A Seriyasında turnir cədvəlində sondan 2-ci yerdədir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR