Azərbaycan / Çempionlar Liqası
16:54
30.10.2025
48
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının liqa mərhələsinin IV turunda Bakıda "Çelsi"li həmyaşıdlarını qəbul edəcək.
Sport1.az xəbər verir ki, matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.
Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko kömək edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.
Qeyd edək ki, "Qarabağ U19" - "Çelsi U19" qarşılaşması noyabrın 5-də saat 15:00-da "Azersun Arena"da baş tutacaq.