son dəqiqə SON DƏQİQƏ

AFFA-nın milliləşdirməyə çalışdığı futbolçu Rusiya yığmasından dəvət alıb

Bölmə adı Azərbaycan
Yayımlandı 29-10-2025, 17:23

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb.

Sport1.az xəbər verir ki, gənc futbolçu U23 millisinin heyətində mübarizə aparacaq.

Əslən azərbaycanlı olan 21 yaşlı vinger "Dinamo"nun yetirməsidir. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində ümumilikdə 9 oyun keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR