son dəqiqə SON DƏQİQƏ

Mahir Emreli azarkeşlərin tənqidinə məruz qalıb

Bölmə adı Azərbaycan
Yayımlandı 29-10-2025, 15:49

Azərbaycan millisinin və "Kayzerslautern"in hücumçusu Mahir Emreli azarkeşlərin tənqidinə məruz qalıb.

Sport1.az xəbər verir ki, 28 yaşlı futbolçu sosial şəbəkə hesabında sabiq komanda yoldaşı Robin Knoxun komandasına vurduğu qol olan paylaşımı bəyənib.

Azərbaycanlı futbolçunun bu hərəkəti klub azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Mahir Emrelinin adı ardıcıl 6-cı görüşdür ki, oyunun protokoluna salınmır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR