FİFA millimizin üzvünün komandasını cəzalandırdı

Bölmə adı Türkiyə
Yayımlandı 28-10-2025, 22:53

FİFA "Sivasspor"u cəzalandırıb.

Sport1.az xəbər verir ki, Türkiyə klubu qarşıdakı üç transfer dövründə heyətini gücləndirə bilməyəcək. Məlumatı qurumun rəsmi saytı yayıb.

I Liqa təmsilçisi futbolçulara olan borclarını ödəmədiyi üçün bu cəza ilə üzləşib.

Qeyd edək ki, millimizin üzvü Mert Çelik "Sivasspor"da çıxış edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR