Livakoviç üçün daha bir şok

Bölmə adı İspaniya
Yayımlandı 28-10-2025, 20:59

"Jirona"da forma şansı əldə edə bilməyən Dominik Livakoviç daha bir şok yaşayıb.

Sport1.az xəbər verir ki, xorvat qapıçı zədələnib.

Qolkiperin Kral Kubokunda "Konstansiya"ya qarşı görüşdə meydana çıxması gözlənilirdi. "Fənərbağça"ya məxsus olan Livakoviçin zədəsinin nə vaxt sağaldacağı bəlli deyil.

Qeyd edək ki, xorvatiyalının İstanbul klubu ilə müqaviləsi 2028-ci ildə başa çatacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR