Hazırda "Real Betis"də icarə əsasında çıxış edən Sofiyan Amrabat İspaniyada qala bilər.Sport1.az xəbər verir ki, Sevilya təmsilçisi "Fənərbağça"ya məxsus yarımmüdafiəçini transfer etmək istəyir.
Məlumatı "Fichajes" nəşri yayıb. La Liqa təmsilçisi mövsümün sonunda keçid üçün İstanbul klubuna 10 milyon avro təklif etmək istəyir. Oyunçunun özü də "Real Betis"də qalmaq niyyətindədir.
Qeyd edək ki, Amrabatın "Fənərbağça" ilə müqaviləsi 2028-ci ilin yayında bitəcək.