Sekidika məyusdur - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-10-2025, 15:18

Misli Premyer Liqasının 9-cu turunda "Araz-Naxçıvan" "Sabah"la heç-heçə etdi - 2:2.

Masazır təmsilçisinin üzvü Cessi Sekidika görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı:

"Matça qələbə üçün çıxmışdıq. Fikrimcə, görüşdə üstün tərəf biz idik. Son dəqiqəyə kimi hesabda öndə idik. Oyunun sonlarında qol buraxmaq həmişə məyusedicidir. Bu, futboldur. Bir anda hər şeyi dəyişə bilər. Düşünürəm ki, xarakterimizi göstərdik və yaxşı imkanlar yaratdıq. Bundan dərs çıxaracağıq. Növbəti oyunda daha güclü olacağıq".


MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR