son dəqiqə SON DƏQİQƏ

"Turan Tovuz"un Kurban Berdiyevlə bağlı planı bəlli oldu

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 27-10-2025, 16:45

"Turan Tovuz" baş məşqçi Kurban Berdiyevlə yeni müqavilə imzalamaq niyyətindədir.

Sport1.az xəbər verir ki, məlumatı Rusiyanın "Sport24.ru" portalı yayıb.

Həmkarlarımız qərb təmsilçisinin rusiyalı məşqçinin müqaviləsinin 1 illik uzatdığını yazıblar. Buna səbəb komandanın hazırda Premyer Liqada lider olması göstərilib.

Maraq üçün bildirək ki, Berdiyevin Tovuz klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Bundan əlavə, rusiyalı jurnalistlər "Turan Tovuz" rəhbərliyinin mövsümün sonunda baş məşqçiyə yeni - 3 illik saziş təklif etmək istədiyini vurğulayıblar. Qərb təmsilçisi mütəxəssisi uzunmüddətli inkişaf strategiyasında əsas fiqur hesab edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR