"Qəbələ"dən 200-cü məğlubiyyət

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-10-2025, 10:57

“Qəbələ” Premyer Liqada 200-cü məğlubiyyətini alıb.

Sport1.az xəbər verir ki, “Qırmızı-qaralar” Misli Premyer Liqasının IX turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

Qeyd edək ki, “Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR