son dəqiqə SON DƏQİQƏ

Abubakardan mesaj var: "Böyük klubların bir məqsədi olur" - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 26-10-2025, 20:21

Misli Premyer Liqasının IX turunda "Neftçi" "Qəbələ"nin qonağı oldu.

Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Qarşılaşmadan sonra Bakı təmsilçisinin hücumçusu Vensan Abubakar Sport1.az-a müsahibə verdi...

- Debüt matçında qol vurdun. Nə hisslər keçirirsən?
- Önəmli olan odur ki, komanda kimi yaxşı çıxış etdik. Qolumu da, məhsuldar ötürməmi də komandamın sayəsində etdim. Qələbə qazanmağımız sevindirici haldır.

- "Neftçi" haqda ilkin təəsüratların nələrdir?
- Xoşbəxtəm ki, belə böyük tarixli bir kluba gəlmişəm. Təəssüf ki, hazırda komandamız yaxşı formada olmasa belə, bu vəziyyəti düzəltməyimiz üçün əlimdən gələni edəcəyəm.

- Nə qədər müddətə ideal formanı bərpa edəcəyini düşünürsən?
- 2 oyun 90 dəqiqə çıxış edə bilsəm, ideal formamı bərpa etmə müddətim rahatlaşacaq.

- Komandanın bu mövsümkü məqsədi nədir?
- "Neftçi"nin böyük klub olduğunu hər kəs bilir. Böyük klubların da bir məqsədi olur.

-Azarkeş dəstəyi haqda nə deyə bilərsən?
- Onlara təşəkkürümü bildirirəm. Komandaya, oyunçulara çox yaxındırlar. Onların dəstəyi bizim uğur qazanmağımıza çox kömək edəcək.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR