Millimizin üzvü 45 dəqiqə meydanda oldu

Bölmə adı Digər Liqalar
Yayımlandı 26-10-2025, 11:53

Niderland Erediviziyasında 10-cu turun oyunları keçirilir.

Sport1.az xəbər verir ki, dünən “Volendam” “Herakles”i qəbul edib. Qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Millimizin üzvü Ozan Can Kökçü qarşılaşmada iştirak edib. Vinger meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, “Volendam” turnir cədvəlində 10 xalla 13-cü yerdədir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR