3 "Real Madrid futbolçusu zədəsini sağaldıb

Bölmə adı İspaniya
Yayımlandı 23-10-2025, 18:55

"Real Madrid"in 3 futbolçusu yaşıl meydanlara dönür.

Sport1.az xəbər verir ki, "kral klubu"nun müdafiəçiləri Dani Karvahal, Din Huiysen və Trent Aleksander-Arnold zədəsini tamamilə sağaldıb.

Qeyd edək ki, hər 3 futbolçu da "el klasiko"da çıxış edə biləcək.

Müəllif: Sport1.az