son dəqiqə SON DƏQİQƏ
Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

"Bir ağrı var və mənə də təsir edir" - Kurban Berdiyev

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-03-2025, 22:34

Misli Premyer Liqasının 28-ci turunda "Turan Tovuz" "Qarabağ"a 1:4 hesabı ilə məğlub oldu.

Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Kurban Berdiyev mətbuat konfransında çıxış etdi.

Mütəxəssis qarşılaşma haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi".

- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?
- Buna cavab verə bilməyəcəm

- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?
- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.

- Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?
- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.

- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?
- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR