"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola bəzi açıqlamalar verib.Sport1.az xəbər verir ki, ispaniyalı çalışdırıcı yarımmüdafiəçi Rayan Çerki haqda bu fikirləri səsləndirib:
"O, məşqçilik karyeram boyunca gördüyüm ən istedadlı futbolçulardan biridir. Mən buna Klublararası Dünya Çempionatında fikir verdim. Topla oynaması, verdiyi ötürmələr, mübarizə aparması möhtəşəmdir. Rayanı hər dəfə topla görəndə əmin oluram ki, işlər daha da yaxşı olacaq. O, meydanda təzyiq hiss etmir. Biz hələ bir neçə aydır bir yerdəyik və mən bunları deyirəm".