"Borussiya Dortmund"un sabiq qapıçısı Cens Lehmann açıqlama verib.
Sport1.az xəbər verir ki, veteran qolkiper "arılar"ın baş məşqçisi Niko Kovaçın sistemini tənqid edib:
"O sxemlə oynayan heç bir baş məşqçinin futboldan anlayışı yoxdur. Son dövrlərdə beşli müdafiə oynadan baş məşqçilərin sayı artıb. Mənə maraqlı gələn odur ki, bu tərzdə oynayan çalışdırıcılar futbolu haradan öyrənib? Bir baş məşqçi arxa xəttə bu qədər üstünlük verərək qorxaq futbol oynayırsa, komandasından nə gözləyə bilər?"