"Liverpul"un sabiq futbolçusu Ceymi Karrager "Mançester Yunayted"lə oyundan sonra danışıb.
Sport1.az xəbər verir ki, veteran müdafiəçi klubun transfer siyasətini tənqid edib:
"Onlar yayda çox oyunçu aldılar. Bu qədər transferin edilməsi baş məşqçi üçün yeni problemlərə səbəb olur. Əgər futbolçuların keçidinə külli miqdarda pul xərcləyirsənsə, onlardan yararlanmağın yolunu bilməlisən. Bunu Virtzə də aid edə bilərik. Artıq neçənci dəfədir ki, biz onu ehtiyat skamyasında görürük. Bu vəziyyət mənə "Real Madrid"i xatırladır. Bazarda olan ən yaxşı 10 nömrəni və 9 nömrəni aldılar. Transferlərlə bizə "kral klubu"nu xatırlada bilirlərsə, baş məşqçi də eynisini etməlidirlər. Hazırdakı sistem heç də yaxşı sistem deyil. Ya transfer siyasətinə ənənəvi qaydada davam etməlidirlər, ya da alınan oyunçulardan düzgün yararlana bilən baş məşqçi tapmalıdırlar".