son dəqiqə SON DƏQİQƏ

"Liverpul"un sabiq üzvü Azərbaycan klubundakı situasiyadan narazıdır - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-10-2025, 13:45

Misli Premyer Liqasının VIII turunda "Karvan-Yevlax" səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzdu.

Görüşdən sonra yevlaxlıların yarımmüdafiəçisi Sam Durrant oyun haqda fikirlərini Sport1.az-a açıqladı:

"Rəqib bizə çox rahat vəziyyətlərdən qol vururdu. Hər oyun eyni şey olur. Bəlkə də bu mövsüm dördüncü dəfədir ki, belə asan qollar buraxırıq. Mənasız yerə oyunu əldən veririk. Bir hissədə 3 qol buraxırsansa, nəsə demək çox çətindir.

"Liverpul"un yetirməsi "Karvan-Yevlax"ın düşmə xəttində olmasını belə izah etdi:

"Bu zonadan çıxmaq üçün kifayət qədər yaxşı oyunçularımız var. Bəzi dəyişikliklər lazımdır".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR