İngiltərə Premyer Liqasının VIII turunda “Nottinqem” doğma meydanda “Çelsi”yə 0:3 hesabı ilə uduzub. Sport1.az xəbər verir ki, bu nəticə ilə Ance Postekoqlu klub tarixində ilk səkkiz oyunda qələbə qazana bilməyən ilk baş məşqçi olub.
60 yaşlı avstraliyalı mütəxəssis bu ilin sentyabrında portuqaliyalı Nuno Espiritunu əvəz edib.
Onun rəhbərliyi altında “meşəçilər” səkkiz görüşdə cəmi iki heç-heçə və altı məğlubiyyətlə kifayətləniblər.
Qeyd edək ki, hazırda “Nottinqem” Premyer Liqada 5 xalla 17-ci pillədə qərarlaşıb.