“Liverpul”un kapitanı Vircil Van Dayk komandanın yay transferlərinə münasibət bildirib.Sport1.az xəbər verir ki, niderlandlı müdafiəçi klubun yaxşı transferlər etdiyini desə də, onların hələ istənilən səviyyəyə çatmadığını vurğulayıb.
Van Dayk qeyd edib ki, son illərdə komanda vacib futbolçularını itirib və onların yerini doldurmaq çətin olub.
O, “bütün turnirlərdə rəqabətə davamlı qalmaq üçün çox güclü kollektiv formalaşdırmalıyıq”, - deyə bildirib.
Qeyd edək ki, yay "transfer pəncərəsi"ndə Florian Virtz, Miloş Kerkez, Aleksandr İsak və Uqo Ekitike “Liverpul”a keçib.