“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviçi Robert Levandovskinin əsas əvəzləyicilərindən biri kimi nəzərdən keçirir.
Sport1.az xəbər verir ki, polşalı forvardın bu yay Kataloniya klubunu tərk edəcəyi barədə məlumatlar artıq yayılıb.
Serbiyalı futbolçunun Turin təmsilçisi ilə müqaviləsi cari mövsümün sonunda başa çatır və onun xidmətində “Bavariya” da maraqlıdır.
Qeyd edək ki, 25 yaşlı Vlahoviç bu mövsüm 8 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. 37 yaşlı Levandovski isə 9 qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapıb.