“Roma”nın 22 yaşlı argentinalı hücumçusu Matias Soule vətəndaşlığını dəyişərək İtaliya millisində oynayacağı barədə iddialara münasibət bildirib.
Sport1.az xəbər verir ki, futbolçu bu fikirləri rədd edərək mövqeyinin dəyişmədiyini deyib:
“İki il əvvəl Luçiano Spallettiyə demişdim ki, məqsədim Argentina millisində oynamaqdır və bu, hələ də dəyişməyib. İtaliyaya minnətdaram, amma Lionel Skalonidən çağırış qazanmaq üçün çalışıram”.
Qeyd edək ki, Soule Argentina yığmasının müxtəlif yaş qruplarında çıxış edib.