Keçmiş fransalı futbolçu Emmanuel Petit “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin futbolçulara yönəlik açıqlamalarını tənqid edib.
Sport1.az xəbər verir ki, Petit Amorimin oyunçuların uğursuzluqlarına haqq qazandırmasını qəbuledilməz sayıb:
“İlk dəfədir bir məşqçinin belə bəhanələr gətirdiyini eşidirəm. Əgər top klubda işləyirsənsə və tənqidlərə dözə bilmirsənsə, sadəcə komandanı dəyiş. Futbolda məsuliyyəti öz üzərinə götürmək lazımdır. “Mançester Yunayted”ə vəziyyəti dəyişəcək xarakterdə olan mütəxəssis lazımdır”.