“Real Madrid” və “Barselona” “Bavariya”nın 26 yaşlı müdafiəçisi Dayot Upamekanonu heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır.
Tərəflər arasında sözləşmə yeniləmək uğrunda danışıqlar nəticəsiz qalıb.
“Mançester Yunayted” və “Liverpul” da fransız oyunçuya maraq göstərir.
Qeyd edək ki, Dayot Upamekano 2021-ci ildən "Bavariya"nın şərəfini qoruyur.