“Mançester Yunayted”in hücumçusu Joşua Zirkze A Seriyasına qayıda bilər.
Sport1.az xəbər verir ki, niderlandlı futbolçu qışda icarə əsasında “Roma”ya gedə bilər.
24 yaşlı oyunçu bu mövsüm cəmi 74 dəqiqə oynayıb.
Qeyd edək ki, Zirkze “Mançester Yunayted”ə 2024-cü ildə “Bolonya”dan 42.5 milyona transfer edilib.