“Yuventus” sabiq “Atalanta” və “Milan”ın yarımmüdafiəçisi Frank Kessini heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, mövsüm sonu “Əl Əhli” ilə müqaviləsi başa çatan 28 yaşlı oyunçu sözləşmə yeniləməyi düşünmür.
Səudiyyə Ərəbistanı təmsilçisi futbolçusunu yayda pulsuz itirmək yerinə qışda ucuz qiymətə satmağı üstün tutur.
Qeyd edək ki, Frank Kessi 2023-cü ildən “Əl Əhli”nin şərəfini qoruyur.