Xabi Alonso: “O, mənə Mesut Özili xatırladır”

Bölmə adı İspaniya
Yayımlandı 16-10-2025, 15:34

“Real Madrid”in baş məşqçisi Xabi Alonso Arda Gülər haqda açıqlama verib.

Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis türkiyəli futbolçunu tərifləyib:

“Arda verdiyi ötürmələrlə hücumçuları parladan oyunçudur. O, öz dahiliyi ilə mənə Mesut Özili xatırladır.”

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid” forması ilə çıxdığı 10 qarşılaşmada 3 qol və 4 məhsuldar ötürməyə imza atıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR