Fatih Terim millini çalışdıra bilər

Bölmə adı Türkiyə
Yayımlandı 16-10-2025, 14:05

Fatih Terim yenidən baş məşqçiliyə qayıda bilər.

Sport1.az xəbər verir ki, Çexiya millisi türkiyəli çalışdırıcını posta təyin etmək istəyir.

Dünya Çempionatının seçmə mərhələsində Farel Adalarına 1:2 hesablı məğlubiyyətdən sonra çexlər İvan Haseki öz vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, L qrupunda yer alan Çexiya 13 xalla ikinci pillədə yerləşir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR