“Liverpul” alman müdafiəçi Niko Şlotterbeklə maraqlanır. Sport1.az xəbər verir ki, İngiltərə klubu futbolçunu Vircil van Daykın uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.
Məlumatı “Bild” nəşri yayıb. Mersisayd təmsilçisinin zədə problemləri səbəbindən qış "transfer pəncərəsi"ndə alman futbolçu ilə müqavilə bağlamaqda maraqlı olduğu iddia edilir. Lakin Dortmund "Borrusiya"sı bu keçidə razılıq verməyə meyilli görünmür.