"Turan Tovuz"un Tovuza qayıdış vaxtı bəlli olub.Sport1.az xəbər verir ki, "boz qurd" Premyer Liqanın 10-cu turunda "Şamaxı" ilə oyunu doğma məkanda keçirəcək.
Noyabrın 2-də baş tutacaq matçdan öncə xüsusi tədbir olacaq?
Sualımızı klubun mətbuat katibi Süleyman Tağıyevə ünvanladıq. "Turan Tovuz" rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bu məsələ ilə bağlı müəyyən ideyalarımız var. Oyun planı dəqiqləşdikdən sonra ətraflı məlumat veriləcək”.HÜSEYN RƏŞADOĞLU