son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

Vüqar Nadirov narazıdır: "Çoxlu sayda zir-zibil çıxdı" - AÇIQLAMA

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 5-04-2025, 00:23

II Liqada mübarizə aparan “Şəmkir”in stadionun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı bölgə təmsilçisi ev oyunlarını başqa meydanda keçirəcəyi gözlənilirdi.

Amma çempionatın XIX turunda adı çəkilən komanda doğma divarlar arasında “Qusar”ı qəbul etdi və 2:1 hesabıla qalib gəldi. Bəs növbəti turda kollektiv oyununu hansı məkanda keçirəcək?

Sualımızı "Şəmkir"in baş məşqçisi Vüqar Nadirova ünvanladıq. Çalışdırıcı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Stadionumuzun qazonu ürəkaçan vəziyyətdə deyil. Ona görə də çempionatın yerdə qalan oyunları da doğma məkanda keçirmək üçün ot örtüyündə əl gəzdirməliydik. İllərdir Şəmkir stadionunun ot örtüyünə qayğı göstərilməyib. Ona görə də “Qusar”la matça qədər qazonu yaxşıca qaşıtdırdıq. Çoxlu sayda zir-zibil çıxdı. Neçə gündür ot örtüyünə gübrə verir və fasiləsiz sulama işləri aparırıq. Bizim üçün doğma meydan amili və azarkeş dəstəyi çox vacibdir. Ona görə də davam etməkdə olan çempionatda ev oyunlarımızı başqa bölgədə, stadionda keçirmək haqqında düşünmürük. Futbol məkanımızda, əsas da qazonumuzda problem var. Nə olursa-olsun son 4 ev oyunumuzu azarkeşlərimiz qarşısında keçirəcəyik. Çempionat bitəndən sonra stadionumuzla bağlı ciddi yenidənqurma işləri aparacağıq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR