"Arsenal"ın müdafiəçisi Kristian Moskera Dünya Çempionatı xəyallarını gerçəkləşdirmək üçün milli komandasını dəyişə bilər.Sport1.az xəbər verir ki, İspaniyanın aşağı yaş qruplarından ibarət yığmasında oynayan 21 yaşlı futbolçu əsas komandaya çağırılmır.
Gənc müdafiəçi Çubarşi, Huiysen, Asenço və Le Normandın olduğu heyətə düşməyin çətin olduğunu bilir.
Lakin Kristian Dünya Çempionatında oynamaq üçün Kolumbiya millisini seçə bilər. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar gedir.