Zinəddin Zidanın gələcəkdə çalışdırmaq istədiyi oyunçular arasında Kriştiano Ronaldo və Luka Modriç var. Sport1.az xəbər verir ki, bu fikri fransalı mütəxəssis "Bild" nəşrinə açıqlamasında səsləndirib:
“Onlardan hansı yaxşıdır? Hər ikisi. Bu suala cavab verə bilmərəm. Çünki hər ikisini bəyənirəm. Yenidən Ronaldo və Modriçin baş məşqçisi olmaq istəyərəm. Benzema və Kroos kimi. Mənim bir neçə oyunçum olub. İnanılmaz futbolçulardır! Onları məşqdə görməliydiniz. Rəqiblər onlar meydanda olanda topu görmürdülər. Modriç, Ronaldo, Kroos, İsko, Benzema, Rodriqo… Onlar heç vaxt Madriddə topu uduzmayıblar.”Xatırladaq ki, Zidan uzun müddətdir işsizdir və ölkəsinin millisini çalışdırmaq arzusunda olduğunu bildirib.