Kazemironun "Mançester Yunayted"dəki gələcəyi bəlli olub.
Sport1.az xəbər verir ki, braziliyalı Premyer Liqa təmsilçisi ilə yeni saziş imzalayacaq. Lakin, yarımmüdafiəçi maaşında endirim etməli olacaq.
Maraq üçün bildirək ki, 33 yaşlı futbolçunun "qırmızı şeytanlar"la 2026-cı ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Kazemiro bu mövsüm Premyer Liqada 6 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 1 dəfə fərqlənib.