son dəqiqə SON DƏQİQƏ

Rəşad Eyyubov: "90 dəqiqə bizim üçün çətin oldu" - MÜSAHİBƏ

Bölmə adı Milli
Yayımlandı 14-10-2025, 22:04

21 yaşadək futbolçulardan ibarət komandaları Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan Şotlandiya ilə heç-heçə etdi - 3:3.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra yığmamızın baş məşqçisi mətbuat konfransında iştirak etdi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Oyun çox çətin oldu. Qələbəyə yaxın idik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Amma yaxşı oynadıq. Rəqib də yaxşı komandadır".

- Rəqib azlıqda olsa da, ikinci hissədə də üstün idi. Bu sizin tapşırığınız idi?
- Oyundan əvvəl planımız var idi. Hiss edirdik ki, rəqib hücumlara çıxacaq. Əks-hücumlar planlaşdırırdıq. 90 dəqiqə bizim üçün çətin oldu.

- Bir xal qazandıq, yoxsa ikisini itirdik?
- 2 xal itirdik.

- Xəyalın hərəkətini nə dərəcədə düzgün sayırsınız?
- Cavan oyunçudu. Danışacağıq ki, belə lazımsız hərəkətlər olmasın.

- Təyinatınızın müvəqqətilik müddəti nə qədərdir? Sizi kim dəvət etdi?
- Mənim üçün bunun fərqi yoxdu. 100%-dən artıq çalışıram, işləyirəm.

- Sizi kim dəvət edib? Axı müvəqqəti təyinatı belə AFFA İcraiyyə Komitəsi təsdiqləməlidir.
- AFFA-dan soruşun.

- Bu heyətlə qrupda nəyə nail ola bilərik?
- Biz bu oyunu fikirləşirdik. Bizim üçün bütün oyunlar vacibdir. Yaxşı komandayıq.

- Xəyal cavandır. Siz axı təcrübəlisiniz...
- Bu, normaldı.

- Oyundan əvvəl Ayxan Abbasovla məsləhətləşmişdiniz?
- Daimi telefonla əlaqə saxlayırıq. Nə isə lazım olanda özüm soruşuram. Onun təcrübəsi çoxdur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR