son dəqiqə SON DƏQİQƏ

Millimizin oyununda qazaxıstanlı hakimlər

Bölmə adı Milli
Yayımlandı 11-10-2025, 19:21

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu üçün hakim təyinatları açıqlanıb.

Sport1.az xəbər verir ki, görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FİFA referisi Sayatu Karabayev olacaq.

Ona yan xətt hakimləri kimi Yuri Tixonyuk ilə Yevgeni Belski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Azərbaycan - Şotlandiya matçı saat 19:00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR