“Beşiktaş”da El Bilal Ture itkisi

Bölmə adı Türkiyə
Yayımlandı 11-10-2025, 12:54

Türkiyənin “Beşiktaş” klubunun hücumçusu El Bilal Ture zədələnib.

Sport1.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, forvardın ayaq əzələsində problem olduğu bildirilib.

24 yaşlı futbolçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ture bu ilin avqust ayında “Atalanta”dan icarəyə götürülüb. O, “Beşiktaş”ın heyətində keçirdiyi 5 rəsmi oyunda 1 qol vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR