Niderlandlı hücumçu “Mançester Yunayted”də qalmaq istəmir

Bölmə adı İngiltərə
Yayımlandı 10-10-2025, 09:53

Hücumçu Coşua Zirkzee “Mançester Yunayted”dən ayrılmaq istəyir.

Sport1.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Niderlandlı hücumçu komandadakı oyun praktikasının azlığından narazıdır. O, bu səbəbdən yanvarda klubunu dəyişmək niyyətindədir.

Zirkzee bu mövsüm start heyətdə oyuna çıxmayıb. O, Premyer Liqada 3 matçda şans qazanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR