İngiltərəli futbolçu Cob Bellingem Dortmund “Brosussiya”sından ayrılmaq istəyir.
Sport1.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyer sosial şəbəkə hesabında məlumat yayıb. Yarımmüdafiəçi oyun praktikasının azlığından narazıdır və klubunu dəyişmək istəyir.
Bellingem bu mövsüm 9 oyunda meydana çıxıb.
Cob “Real”ın futbolçusu Cud Bellingemin qardaşıdır.