son dəqiqə SON DƏQİQƏ

Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Bölmə adı Milli
Yayımlandı 7-10-2025, 14:36

21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Sport1.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, görüşün baş hakimi Yovan Kaçevski təyin olunub. Ona Daniel Vasilevski, Aleksandar Gyorgyeski, Krumislav Gyorgiev (dördüncü hakim) köməklik göstərəcək.

Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karvina şəhər stadionunda keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR