"Hakimlər VAR-a baxdıqdan sonra çox vaxt düzgün qərarlar qəbul edirlər" - "İmişli"nin müdafiəçisi

Bölmə adı Premyer Liqa
Yayımlandı 5-10-2025, 16:23

"İmişli"nin üzvü Dioqo Rollonun Sport1.az-a müsahibəsi...

- Gərgin keçən oyunda "Araz-Naxçıvan"a uduzdunuz. Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdır...
- Bu matçın çətin keçəcəyini bilirdik. Çünki, rəqibimiz Konfrans Liqasında uğurlu çıxış etmiş bir komanda idi. "Araz Naxçıvan"a qarşı yaxşı hazırlaşsaq da, təəssüf ki, məğlub olduq.

- Oyunda 2 penalti epizodundan birincisi VAR baxışından sonra ləğv edildi. Bu haqda nə deyə bilərsən?
- Düzünü desəm, epizodu tam görə bilmədim. Düşünürəm ki, hakimlər VAR-a baxdıqdan sonra çox vaxt düzgün qərarlar qəbul edirlər.

- Komanda yoldaşın Dioqo Almeyda penaltı şansını dəyərləndirə bilmədi...
- Bu futbolda normal bir haldır. Biz ona sona qədər güvənirik. Almeyda çox yaxşı və bir o qədər də istedadlı hücumçudur. Gələn oyunlarda da ona indi olduğu kimi güvənəcəyik.

- Növbəti həftə "Qəbələ" ilə qarşılaşacaqsınız...
- Artıq bu matça fokuslanmalıyıq. Önümüzdə bu oyuna hazırlaşmaq üçün xeyli vaxtımız olacaq. Özümüzü daha da təkmilləşdirib, bu görüşdə ən yaxşı nəticəni əldə etmək istəyirik.

- Öz performansınla bağlı nə deyə bilərsən?
- Həmişə inkişaf etmək istəyirəm. Bunun üçün çalışıram. Hazırda çox xoşbəxtəm. Düşünürəm ki, bu cür də davam edəcəm.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR