son dəqiqə SON DƏQİQƏ

“Qarabağ” və “Turan Tovuz”dan qələbə - YENİLƏNİB

Bölmə adı Premyer Liqa
Yayımlandı 4-10-2025, 21:26

Misli Premyer Liqasında 7-ci tur davam edir.

Sport1.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilib.

Əvvəlcə son çempion “Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kəpəz”i bugünkü matça baş məşqçi kimi yenidən komandaya qayıdan Azər Bağırov çıxarıb.

Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

4 oktyabr

19:30. “Sumqayıt” - “Turan Tovuz” - 0:3

Qol: Joralem Batista, 34, Aleks de Souza, 58, Ayxan Hüseynov, 90+3

Qaçırılan penalti: Aleksandr Ramalinqom, 72

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

17:00. “Qarabağ” - “Kəpəz” - 1:0

Qol: Samy Mmae, 37
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
“Azersun Arena”

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR