son dəqiqə SON DƏQİQƏ

Felipe Santos iddialı danışdı: "Neftçi" ilə oyunda..." - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 4-10-2025, 11:50

Misli Premyer Liqasının VII turunda "Araz Naxçıvan" "İmişli"ni məğlub etdi - 2:0.

Matçdan sonra Naxçıvan təmsilçisinin üzvü Felipe Santos oyunla bağlı fikirlərini Sport1.az-a açıqladı:

"Oyun bizim üçün çox çətin keçdi. Rəqibin ciddi müqavimət göstərəcəyini bilirdik. Zəif çıxış etsək də, nəticə olaraq 3 xalı qazandıq. Komanda yoldaşlarım adına çox sevincliyəm."

Braziliyalı vinger növbəti həftə keçiriləcək "Neftçi" matçı ilə bağlı da danışdı:

"Onlar çempionatın ən güclü kollektivlərindən biridir. Biz də bu oyuna komanda şəklində ciddi hazırlaşacağıq. Düşünürəm ki, "Neftçi" ilə oyunda qələbə qazanacağıq".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR