son dəqiqə SON DƏQİQƏ

Elmar Baxşıyev: "Qarabağ"ın uğuru hamımızın uğurudur"

Bölmə adı Premyer Liqa
Yayımlandı 3-10-2025, 19:56

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 7-ci turunda "Liv Bona Dea Arena"da "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında bunları dedi:

"Qələbə qazansaq da, ağır matç oldu. Komanda şəklində yaxşı oyun ortaya qoyduq. Əfsuslar olsun ki, yaratdığımız epizodların hamısından yararlana bilmədik. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna hücum planında daha da yaxşı olacağıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR