Paytaxt derbisindən sonra qalmaqal: "Neftçi" azarkeşləri hakimə etiraz etdilər

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 3-10-2025, 21:54

Misli Premyer Liqasının VII turu "Zirə" doğma meydanda "Neftçi" ilə heç-heçəyə razılaşdı - 2:2.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qalmaqallı hadisə baş verdi.

Qarşılaşma başa çatan kimi "Neftçi" azarkeşləri hakimə etiraz etdilər. Onlar "Zirə"nin penalti epizodu zamanı hakim Kamal Umudlunun qərarı VAR-dakı şəkilə baxaraq verdiyini bildirdilər.

Təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra ara sakitləşdi.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR