UEFA Çempionlar Liqasında liqa mərhələsinin II turunda "Qarabağ" "Kopenhageni məğlub etdi - 2:0Qarşılaşmadan sonra Ağdam təmsilçisinin müdafiəçisi Mateuş Silva
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Təkcə mən yox, bütün komanda bu turnirdə iştirak etdiyi üçün çox xoşbəxtdir. Məşqlərdə gördüyümüz işləri meydanda tətbiq etməyə çalışırıq. Hazırda bu qələbənin sevincini yaşamaq istəyirik. Sonra daxili çempionata və daha sonra “Atletik”lə görüşə hazırlaşacağıq. Baş məşqçimiz bizə bütün lazımi tapşırıqları verəcək”.Silva komanda oyunundan da razı qaldığını vurğuladı:
“Biz fərdi mükafatlara önəm vermirik. Komanda olaraq meydana çıxıb bütün gücümüzlə çalışırıq ki, ən yaxşısını edək. Bu gün hər bir futbolçu “oyunun ən yaxşısı” mükafatına layiq idi. Çempionlar Liqasında ardıcıl qələbələr qazanmağımız mümkündür. Amma bu qələbələr bizi arxayınlaşdırmamalıdır. İşimizə davam etməliyik. Bizim məqsədimiz həmişə qələbə olub və belə də davam edəcəyik”.
MİKAYIL HACIYEV